"Bir gecənin məşəqqəti"
Bu gün şagirdlərimiz Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Bir gecənin məşəqqəti” adlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Tədbir Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən keçirilirdi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun icimai-siyasi qurumlarının rəhbərləri, Xocalı soyqırımının canlı şahidləri, Böyük Vətən Müharibəsi veteranları və rayon məktəblərinin şagirdləri iştirak edirdi. Şagirdlərimizin Xocalı həqiqətlərini əks etdirən dolğun və məzmunlu çıxışı, ürək yanğısı ilə söylədiyi şeirlər və vətənpərvərlik dolu çağırışları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.