Əsrlərdən boylanan Lahıc

“Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” istiqamətində aparılan araşdırmalar çərçivəsində məktəbimizin 5 "ç" sinfinin şagirdləri sinif rəhbərləri Ülkər Qulammirzəyeva ilə qədim tarixə malik İsmayıllının Lahıc qəsəbəsi haqqında tədqiqat aparmağı və Lahıca getməyi qərara aldılar. Lakin çox təəssüf ki, kəskin hava şəraiti şagirdlərə Lahıca getməyə və oradan canlı reportaj hazırlamağa imkan vermədi. Buna baxmayaraq, artıq xeyli məlumat toplamış və araşdırmalar aparmış beşincilərimiz qədim İçərişəhərə getməyi, tədqiqat və reportajlarını orada aparmağı qərara aldılar. Şagirdlərimizin İçərişəhərdə hazırladıqları təqdimatı və videoçarxı videoqalereyamızdan və "Facebook" səhifəmizdən izləyə bilərsiniz.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi