Zərərli vərdişlərə yox deyək adlı tədbir keçirildi

Bu gün məktəbimizin yuxarı sinif şagirdləri ilə "Zərərli vərdişlərə yox deyək" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin psixoloqu Arzu Məmmədova açaraq zərərli vərdişlərin insan həyatına vurduğu zərbələr haqqında məlumat verdi. Bildirdi ki, bu vərdişlər insanı tək fiziki cəhətdən məhv etmir, eyni zamanda insan psixologiyasına da ciddi təsir göstərir, həyat keyfiyyətini aşağı salır, münasibətlərini korlayır. Sonra məktəbin həkimi Arzu Qafarova zərərli vərdişlərin insan sağlamlığına vurduğu zərbələr haqqında şagirdlərə ətraflı məlumat verdi, aparılan elmi tədqiqatların nəticələrini onların diqqətinə çatdırdı.  Məktəbin kimya müəllimi Gültəkin Qayayeva zərərli maddələr haqqında şagirdlərə məlumat verərək bildirdi ki, bu maddələrin insan orqanizminə vurduğu zərərlərin çox ciddi fəsadları olur. Təşkilatçı müavin Rəvanə Məmmədova zərərli vərdişlərin vurduğu zərbələri əyani faktlarla şagirdlərin diqqətinə çatdırdı. Məktəbin psixoloqu Günel Mahmudzadə zərərli vərdişlərin insan psixikasına təsiri haqqında məlumat verdi. Məktəblinin dostları Samirə Süleymanova, Cevriyyə Mustafayeva şagirdlərə tövsiyələr verdilər. Tədbir şagirdlər tərəfindən verilən sualların cavablandırılması ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi