Bu gün ilaxır - torpaq çərşənbəsidir

Bu gün ilaxır - torpaq çərşənbəsidir. Məktəbimizin xor dərnəyi üzvlərinin hazırladıqları şən, bayram əhval-ruhiyyəli musiqi nömrələri ilə çıxış etdilər.

Xalq arasında ilaxır çərşənbəyə “Yer çərşənbəsi”, “Çərşənbə-suri” də deyilir. Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbəsini qeyd edirik. Sonuncu çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. İlaxır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça düzəltmə, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var. Qədim el adətlərinə və inanclarına görə, İlaxır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlarlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi