Ana dilimiz Sabir satiralarında
Bu gün məktəbimizin 8-ci sinif şagirdləri Beynəlxalq Ana dili günü ilə əlaqədar “Ana dilimiz Sabir satiralarında” mövzusunda maraqlı bir tədbir keçirdilər. Onlar Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan, böyük satira ustası Mirzə Ələkbər Sabirin yaradıcılığını, onun şeirlərindəki tənqid hədəflərini, satiralarının dilini, yaratdığı canlı obrazları təhlil etdilər. Şairin öz dövrünü qabaqlayan ideyaları, Azərbaycan qadınına olan münasibəti, “Molla Nəsrəddin” jurnalındakı fəaliyyəti şagirdlərin araşdırmalarında geniş əksini tapdı. Sonda şagirdlər M.Ə.Sabirin satiraları əsasında hazırlanmış səhnəciklər nümayiş etdirdilər.