“Laylamın dili” – Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirildi

Bu gün məktəbimizdə Beynəlxalq Ana dili gününə həsr olunmuş “Laylamın dili” adlı tədbir keçirildi. Tədbirdə iştirak edən 7-ci və 9-cu sinif şagirdləri maraqlı araşdırmalar apararaq, dilimizin keçdiyi tarixi yoldan, onun bugünündən, zənginliyindən və əzəmətindən söz açdılar. Onlar ana dilimizin milli təhsil, milli birlik, milli sərbəstlik, milli varlıq olduğu haqqında maraqlı müzakirələr apardılar. Çıxışların birində belə bir fikir səsləndi: “Dil hər ölənlə birgə ölməsə də, hər doğulanla birgə doğulan əbədiyaşar bir varlıqdır”. Bəli, Ana dili hər bir xalqın mənəviyyatının güzgüsü, onun mədəniyyətinin tərkib hissəsi, mənəvi diriliyi, milli varlığının simvoludur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi