1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür
Mülki Müdafiə - dinc və ya müharibə dövründə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. 1 Mart - Ümumdünya Mülki Müdafiə gününün hər il keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın nə qədər vacib və həyati əhəmiyyət daşıdığına cəlb etmək, hər bir fövqəladə hallara hazır olmaq kimi məsələləri diqqətə çatdırmaqdır. Eyni zamanda, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.