İmtahan həyəcanı adlı tədbir keçirildi
Bu gün məktəbimizdə on birinci sinif şagirdləri ilə imtahan həyəcanının aradan qaldırılmasına həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin psixoloqu Arzu Məmmədova açaraq şagirdlərə imtahan həyəcanı ilə bağlı Təlimə Dəstək Mərkəzi tərəfindən göndərilmiş təqdimatı təqdim etdi. İmtahan həyəcanının aradan qaldırılması yolları, imtahanda uğur qazanmaq üçün vacib məqamlar şagirdlərin diqqətinə çatdırıldı. Məktəbin psixoloqu Günel Mahmudzadə imtahan günü uğur qazanmaq üçün tövsiyələr verdi. Tibb bacısı Ramidə Həsənova imtahanqabağı yuxu rejimi, qidalanma qaydaları və s. ilə bağlı vacib məlumatları şagirdlərin diqqətinə çatdırdı. Məktəblinin dostu Cevriyyə Mustafayeva şagirdlərə buraxılış imtahanında uğurlar arzulayaraq təcrübələrini bölüşdü. Şagirdlər tərəfindən verilən suallar cavablandırıldı və qarşılıqlı fikir mübadiləsi aparıldı. Sonda imtahan həyəcanı üçün meditasiya şagirdlərə təqdim olundu.