Ekoklubda “İqlim dəyişmələri və COP29” mövzusunda müzakirələr

Bakı şəhəri M. Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Eoerudit” ekoklubun növbəti
məşğələsi “Yaşıl dünya naminə həmrəylik ilində” ölkəmizdə təşkil olunacaq COP29 beynəlxalq
konfransla əlaqədar “İqlim dəyişmələri və COP29”” mövzusunda keçirildi. Məşgələdə qonaq
qismində iştirak edən Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirlikləri və UNICEF-in
birgə əməkdaşlığı ilə keçirilən proqram üzrə təyin edilmiş Gənc İqlim Elçisi Ayan Cəfərli
ekoklub üzvlərinə qlobal miqyasda iqlim dəyişmələrinin yaranma səbəbləri, istixana effektinin
ətraf mühitə və cəmiyyətə təsirləri, yaranan problemlərin həlli yolları, COP29-un Azərbaycanda
keçirilməsinin üstünlükləri, Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji” potensialının istifadəsi
üçün görülən tədbirlər barədə ətraflı məlumat verdi. Gənc ekoloqlar mövzuya aid sualları
cavablandıraraq, müzakirələrdə fəal iştirak etdilər. “Yaşıl məktəb” proqramı üzrə ekoklub
üzvləri məktəbdə enerji və su sərfiyyatı üzrə keçirdiklər monitorinqin nəticələri, yaşıl dizayn
barədə məlumat verərək, enerjiyə və suya qənaətin, yaşıllaşdırmanın iqlim dəyişmələrinin
azaldılmasına kömək etdiyini qeyd etdilər. Gənc ekoloqlar “Tullantıların azaldılmasında müasir
texnologiyalrın tətbiqi” mövzusunda hazırladıqları layihələr barədə, alternativ enerji növləri
haqqında məlumat verərək gələcəkdə şəhərimizdə tullantıların idarə olunmasında süni intellektin
və alternativ enerjinin istifadə edilməsini təklif etdilər. Məktəblilər arasında iqlim dəyişikliyi
barədə məlumatlılığın artırılmasının və dayanıqlı həyat tərzinin təşviqinin əhəmiyyəti qeyd
olundu. Gənc ekoloqlara “Eco friendly Erudit” (eko-dost erudit) stikerləri hədiyyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi