Mən hələ oxumaq arzusundayam!-erkən nikaha həsr olunmuş tədbir keçirildi

Bu gün məktəbimizdə erkən nikaha həsr olunmuş “Mən hələ oxumaq arzusundayam!” adlı tədbir keçirildi. Tədbirdə rəhbərlik, məktəblinin dostu layihəsinin əməkdaşları və yuxarı sinif şagirdləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Leyla Fətiyeva açaraq şagirdlərə erkən nikahın fəsadları haqqında məlumat verdi. Eyni zamanda təhsilin insan həyatındakı əhəmiyyəti şagirdlərin diqqətinə çatdırıldı. Sonra məktəbin psixoloqu Arzu Məmmədova “Mən hələ oxumaq arzusundayam!” adlı təqdimatla çıxış etdi. Erkən nikah və onun fəsadları haqqında ətraflı məlumat verən psixoloq bildirdi ki, erkən nikah insanın həm fiziki, həm də psixoloji sağlamlığı üçün zərərlidir. Erkən nikahı insanın mənəvi və fiziki çökməsinin başlanğıcı kimi də dəyərləndirmək olar. Təşkilatçı müavin Rəvanə Məmmədova erkən nikahın nə qədər böyük bir bəla olmasını şagirdlərə əyani faktlarla çatdırdı, davranış qaydaları haqqında məlumat verdi. Məktəbin psixoloqu Günel Mahmudzadə, məktəblinin dostu Samirə Süleymanova erkən nikahın fəsadları haqqında şagirdlərə məlumat verdilər. Erkən nikaha həsr olunmuş videoçarx nümayiş etdirildi. Şagirdlər tərəfindən verilən sualların cavablandırılması və fikir mübadiləsi ilə tədbir yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi