Müasir metodik xidmətin təşkili
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan
Respublikası Təhsil İnstitutunun birgə layihəsi çərçivəsində 18 nömrəli məktəbdə
09.02.2024-cü ildə ibtidai sinif müəllimləri ilə növbəti metodik görüş keçirilmişdir.
Məktəb üzrə metodist təyin edilmiş Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur
Mustafayeva görüşdə başlıca diqqəti müəllim-şagird, şagird-şagird münasibətlərinin
səmərəli təşkili, fərqli təlim situasiyalarında kommunikativ bacarıqların tətbiqi və
əks-əlaqə imkanlarının reallaşdırılması məsələlərinə cəlb etmişdir. Faydalı keçən
müzakirədə mövzu üzrə şəxsi təcrübənin işıqlandırılmasına həsr edilmiş təqdimatların
hazırlanması, dinlənilməsi və dəyərləndirilməsi ilə bağlı metodik görüşün keçirilməsi
qərara alınmışdır.