Gəlin yaxşılıq edək ki, etdiyimiz yaxşılıqlar qarşımıza çıxsın!

Sevincli əhvali-ruhiyyə ilə başlayan Yaxşılıq günü xeyriyyə yarmarkası ilə davam etdi. Məktəbimizin şagirdləri, müəllimləri və valideynləri bu aksiyaya böyük həvəslə hazırlaşmışdılar : öz şagirdləri ilə birlikdə hələ axşamdan biş-düş edən kim, sac gətirib qutab bişirən kim, şəkərbura, nabat, çudu, dovğa, türk paxlavası hazırlayıb gətirən kim, məxməri çay dəmləyib paylayan kim...Hazırlanan hər bir şeyə xeyirxahlıq, mərhəmət və məhəbbət hissi hopmuşdu. Məktəbimizin bütün şagirdləri aksiyada çox fəal iştirak etdilər. Bu aksiya həm də şagirdlərdə qayğıya ehtiyacı olanlara kömək, öz payını başqası ilə bölüşmək, diqqətli və həssas olmaq kimi hisslər formalaşdırır. Aksiyadan əldə olunan vəsait bu il də qocalar və uşaqlar evinə, xəstə uşaqların müalicəsinə yönəldiləcək. Gəlin yaxşılıq edək ki, etdiyimiz yaxşılıqlar qarşımıza çıxsın!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi