Fövqəladə hallar uşaqların gözü ilə
Dekabrın 28-də Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XI respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.
Tədbirdə Hövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Elm və Təhsil naziri Emin Əmrullayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev, həmçinin Fövqəladə Hallar, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin məsul şəxsləri, müsabiqə qalibləri və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, müsabiqənin yekununda 46 nəfər birinci, 53 nəfər ikinci, 99 nəfər üçüncü yerə, 93 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
"Fövqəladə hallar uşaqların gözü ilə" XI respublika uşaq yaradıcılıq müsabiqəsində "Rəsm" nominasiyası üzrə məktəbimizin X sinif şagirdi Gülarə Məhərrəmli I yer tutduğuna görə Fəxri Fərmanla təltif edilib.
Biz də şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik.