“Təbiət və texnologiya” mövzusunda təlim keçirildi

Bu gün məktəbimizdə Təbiət Elmləri İctimai Birliyi tərəfindən “Təbiət və texnologiya” mövzusunda təlim keçirildi. Təlimi birliyin əməkdaşı, ekoloq Toğrul İbrahimli idarə edirdi. O, təbiət elmlərinin kainatda və Yerdəki qanunlarından bəhs edərək, şagirdlərin marağını özünə cəlb edə bildi. Məruzəçi təbiət elmlərinin bu günə qədər keçdiyi tarixi yoldan, təbiətdəki innovativ texnologiyalardan, bu texnologiyaların tətbiq sahələrindən söhbət açdı. Məruzə zamanı milyonlarla illər ərzində heç bir təkamül keçirməmiş, süxurlarda qalan canlıların eksponatları nümayiş etdirildi. Ətraf mühitin mühafizə edilməsi, planetdə birgə yaşadığımız bu canlılar üçün mühit və həyat şəraitinin yaradılması, ekoloji balansın qorunub saxlanılması bu seminarın əsas məqsədi idi. 45 dəqiqə keçirilməsi nəzərdə tutulan seminar şagirdlərin çox böyük marağına səbəb olaraq, 2 saata yaxın davam etdi və şagirdləri maraqlandıran suallar ətraflı cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi