Ekoklub üzvləri “Yaşıl Şəbəkə” festivalında iştirak ediblər

Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Ekoerudit”
ekoklubun üzvləri 25 dekabr 2023-cü il tarixində Elm və Təhsil Nazirliyi Respublika Uşaq-
Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illiyinə və “Gənc təbiətsevərlər” hərəkatının 100 illiyinə həsr olunmuş I “Yaşıl
Şəbəkə” Festivalında iştirak ediblər. “Yaşıl Şəbəkə” festivalı “Ekoloji yönümlü və enerji effektli
yaşıl məktəblər” layihəsi çərçivəsində məktəblilərin VIII Ekoloji Forumu, “Dayanıqlı həyat tərzi
üçün çağırışlar” (Challenge for Sustainable Lifestyle) eko-startaplar müsabiqəsi və “Gənc
təbiətsevərlər” hərəkatını özündə birləşdirib. Festivalın məqsədi davamlı inkişaf və sağlam həyat
tərzi sahəsində uşaqlar, gənclər və mütəxəssislər arasında qarşılıqlı əlaqələrin qurulması, ətraf
mühitin qorunmasında aktiv fəaliyyətə hazır olan gənc ekoloqların innovativ ideyalarının inkişafı
və həyata keçirilməsi üçün əlverişli mühitin yaradılmasıdır. Festivalda “İstehlak” (dayanıqlı
istehlak, tullantıların idarə edilməsi) üzrə panel sessiyasında “Ekoerudit” ekoklubun fəal üzvləri
Əziz Babayev, Leyla Kazımova, Zemfira Hacıyeva və Nisə Əliyeva “Tullatıların azaldılmasında
müasir texnologiyaların tətbiqi” mövzusunda startap layihəni və maketi təqdim ediblər.
Layihəninn məqsədi şəhərimizdəki köhnə tullantı qutularının sensor və skanerlə təhciz olunmuş,
günəş paneli ilə avtomatik açılan yeni nəsil “ağıllı” konteynerlərlə əvəz etmək, “ekosüpürgəçi”
robototexnikadan istifadə etmək, mərkəzi idarəetmə sistemi vasitəsilə qutuların vaxtında
boşaldılmasına nail olmaqdır. Startap əhalinin sağlam və rahat həyat bəxş etməklə, ətraf mühitin
qorunmasında əhəmiyyətlidir. Eyni zamanda plastik tulantıların azaldılması və çeşidlənmənin
daha effektiv aparılması üçün təkliflər verilib. Festivalın sonunda ekoklub üzvlərinə sertifikatlar
təqdim olunub

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi