Məktəblərarası bədii qiraət müsabiqəsi keçirildi
Bu gün "Məktəblinin dostu" lahiyəsi çərçivəsində ədəbiyyatımızın sönməz ulduzu Mikayıl Müşfiqin anım gününə həsr olunmuş məktəblərarası bədii qiraət müsabiqəsi keçirildi. Ədib adını daşıdığı, bir zamanlar müəllim kimi fəaliyyət göstərdiyi 18 nömrəli məktəbdə öz yazdığı şeirlərlə anıldı.
Müsabiqədə Bakı şəhəri üzrə 18, 284, 45, 12, 14, 5, 9, 47, 102 nömrəli tam orta məktəblərin şagirdləri iştirak edərək nakam şairin şeirlərini sevgi ilə söylədilər. Tədbirə münsiflər heyəti qismində bədii qiraətçi və şair Xəzər Süleymanlı, Azərbaycan teatr və kino aktyoru, Əməkdar artist Şövqi Hüseynov dəvətli idilər.
Şagirdlərin ifasında şeirlər dinlənildikdən sonra tədbirə ev sahibliyi edən məktəbimizin - Müşfiq məktəbinin direktoru Leyla xanım Fətiyeva çıxış edərək gələn qonaqlara və bütün iştirakçılara uğurlar arzuladı. Çıxış üçün söz qonaqlara verildi. Onlar da öz növbəsində, bu günün ərsəyə gəlməsində, təşkilatçılığında əməyi keçən hər kəsə minnətdarlıqlarını bildirdilər. Daha sonra müsabiqədə iştirak edən şagirdlər arasında ilk üçlük müəyyən edildi. Onlar Diplom, sertifikat və hədiyyələrlə təltif edildilər. Məktəbimizin VIII sinif şagirdinin iştirakçılar arasından III yerə layiq görülməsi xüsusi sevinclə qarşılandı. Sonda xatirə şəkli şəkildi.