"Ümummilli lider Heydər Əliyev və ətraf mühitin qorunması" mövzusunda dəyirmi masa
“Heydər Əliyev” ili çərçivəsində Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta
məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş
dəyirmi masa keçirilmişdir. Tədbirdə 18 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva,
tərbiyə işləri üzrə direktor müavini Rəvanə Məmmədova, Azərbaycan Respublikası Xüsusi
Dövlət Mühafizə Xidməti “A” Xüsusi Təyinatlı dəstəsinin komandiri, polkovnik Hikmət
Ağayev, “20 yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə, ekoklubun rəhbəri, Elm və Təhsil
Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini, b.ü.f.d. Lalə Dadaşova,
“Ekoerudit” ekoklub üzvləri, məktəbin 7-ci və 8-ci sinf şagirdləri iştirak etmişlər. Tədbirdə
polkovnik Hikmət Ağayev, Sultan Əzimzadə çıxış edərək müstəqil Azərbaycan dövlətinin
qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli
həyat fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini, ölkəmizin suverenliyi və
ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı
ordumuzun böyük zəfərini yaşadan qazilərin və şəhidlərimizin şücaətini qeyd etmişlər. Ulu
Ondərin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılmışdır. Məktəbin direktor müavini
Rəvanə Məmmədova Ulu Öndərin məktəbimizə xüsusi diqqəti ilə bağlı xatirələrlə, “Heydər
Əliyev” ili çərçivəsində məktəbdə keçirilən tədbirlər barədə, ekoklubun rəhbəri Lalə Dadaşova
ekoklub üzvlərinin beynəlxalq, respublika müsabiqələrində, forumlarda uğurları, məktəbdə
enerjiyə, suya qənaət, plastik tullantıların təkrar istifadəsi, yaşıl guşə və yaşıllaşdırma aksiyaları
barədə məlumat vermişlər. Gənc ekoloqlar, 8c sinif şagirdləri “Heydər Əliyev və ətraf mühitin
qorunması” mövzusunda təqdimatda Ulu Öndərin siyasi, iqtidsadi, mədəni sahələrlə yanaşı ətraf
mühitin qorunması və təbii sərvətlərin səmərəli istifadəsi, yeni qoruqlar, yasaqlıqlar, milli
parkların yaradılması, yaşıllıqların və meşələrin artlırılması, əhalinin içməli su ilə təmin
edilməsi, ekoloji qanunların, beynəlxalq konvensiyaların qəbul edilməsi üçün həyata keçirdiyi
tədbirlər, ekoloji siyasət, Qarabağda, Şərqi Zəngəzurda ətraf mühitin bərpası və quruculuq işləri
barədə çıxış etmişlər. Qarabağ zəfərinin Heydər Əliyev irsinin təntənəsi olması xüsusi
vurğulanmış, Qarabağın təbii sərvətlərinin istismarına qarşı “Ekofəalların” və gənc könüllülərin
ekoloji aksiyası ətraf mühitin qorunmasında vətənpərvərlik nümunəsi kimi qeyd olunmuşdur.
Sonra ekoklub üzvləri, 7b və 7c sinif şagirdləri Ulu Öndərə həsr edilmiş şeirləri və ekoloji
şeirləri ifa etmişlər. Gənc ekoloqlar “Azərbaycanın ekoloji problemləri və həlli yolları”
mövzusunda təqdimatda suyun, torpağın, havanın çirklənmədən qorunması, tullantıların
azaldılması, davamlı inkişaf naminə yaşıl enerjinin istifadəsi barədə təkliflərlə çixiş etmişlər.
Tədbirin sonunda “Ekologiya himni” səsləndirilmiş və ekoklubun fəal üzvü 8ç sinif şagirdi
Məhəmməd İbrahim Zəfər gününə həsr etdiyi “Dalğalansın bayrağımız” şeirini ifa etmişdir.