Bullinqə “YOX” deyək adlı məşğələlər keçirildi

Bu gün məktəbimizin yeddinci siniflərində Bullinqə “YOX” deyək adlı məşğələlər keçirildi. Məktəbin psixoloqu Arzu Məmmədova bullinq anlayışı haqqında şagirdlərə məlumat verərək bildirdi ki, problem hazırda aktuallığı ilə diqqəti cəlb edir. Bullinq – uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin hansı fəsadlara səbəb ola biləcəyi haqqında psixoloqun ətraflı məlumatı dinlənildi. Sonra məktəblinin dostu Kənan İbadov bullinq davranışı və onun insan psixikasına zərərləri haqqında şagirdləri məlumatlandırdı və tövsiyələr verdi. Məktəbin psixoloqu Günel Mahmudzadə tərəfindən bullinq davranışını özündə əks etdirən mətn şagirdlərə oxundu. Mətn ətrafında müzakirələr aparıldı. Şagirdlərin mövzuyla əlaqəli maraqlı fikirlərinin dinlənilməsi və sualların cavablandırılması ilə məşğələlər yekunlaşdı.