“Narkomaniyaya “YOX!” deyən sağlam gələcəyə doğru” mövzusunda maarifləndirmə tədbiri keçirildi
Bu gün məktəbimizdə “Narkomaniyaya “YOX!” deyən sağlam gələcəyə doğru” mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirin məqsədi şagirdləri zərərli vərdişlərdən yayındırmaq, onları narkomaniyanın fəsadları haqqında məlumatlandırmaq idi. Tədbirdə Bakı şəhəri BPİ-nin polkovnik-leytenantı Məryəm Ömərova, BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Naib Ömərov, Yasamal RPİ-nin və Veteranlar Şurasının nümayəndələri iştirak edirdilər. Görüşdə məktəbin 9-10- cu sinifləri iştirak edirdi. Görüşdə şagirdlərə yetkinlik yaşına çatmayanların inzibati və cinayət qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti, eyni zamanda onların hüquq və vəzifələri aspektində diskussiya xarakterli məqsədyönlü, qabaqlayıcı ümumi profilaktik söhbətlər aparıldı. Bu səpkidə keçirilən profilaktik tədbirlər gənc nəslin təlim-tərbiyəsinə müsbət təsir edərək, onları zərərli vərdişlərdən yayındırma prosesinə yönəlmiş fəaliyyətdə böyük önəm daşıyır və müstəqil dövlətimizin gələcək qurucuları olan övladlarımıza sağlam həyat tərzini təbliğ etməklə yanaşı, onları milli ruhda tərbiyələndirərək vətəndaş mövqeyi formalaşdırır. Görüşdə məktəbin 9-10- cu sinif şagirdləri iştirak edirdi. Görüş çox böyük maraqla qarşılandı və şagirdləri maraqlandıran suallar polis əməkdaşları tərəfindən dolğun şəkildə cavablandırıldı.