Təhlükəsiz informasiya axtarışı adlı məşğələ keçirildi

Bu gün məktəbimizdə reproduktiv sağlamlıq kursu çərçivəsində “Təhlükəsiz informasiya axtarışı” adlı məşğələ keçirildi. Məşğələdə IX sinif şagirdləri iştirak edirdilər. Məktəbin psixoloqu Arzu Məmmədova mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verdi. Bildirdi ki, təhlükəsizlik baxımından düzgün informasiya almaq çox vacibdir. Bu zaman əsas hansı məqamlara diqqət yetirilməli olduğu da şagirdlərin nəzərinə çatdırıldı. Məktəbin psixoloqu Günel Mahmudzadə informasiya kanalının mötəbərliyi və etibarlılığının vacibliyini anlamaq üçün şagirdlərin iştirakı ilə rollu oyun keçirdi. Mövzu ilə bağlı şagirdlərin suallarının cavablandırılması və fikir mübadiləsi ilə məşğələ yekunlaşdı.