Müəllimlərdə professional emosional yanma sindromunun profilaktikası

   Bu gün məktəbimizdə iki qrupda, fərqli saatlarda müəllimlərdə professional emosional yanma sindromunun profilaktikasına həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak edirdilər.  Motivasiya kartlarının müəllimlərə təqdim olunması ilə başlayan tədbirdə maraqlı anlar yaşandı. Məktəbin psixoloqu Arzu Məmmədova mövzu barədə ətraflı məlumat verdi. Müəllimlər məsələyə münasibət bildirərək qeyd etdilər ki, həqiqətən müvafiq mövzulara həsr olunmuş tədbirlərə mənəvi ehtiyac var. Psixoloq Günel Mahmudzadə tərəfindən stress və gərginliyi azaltmaq üçün hazırlanmış meditasiya mətni də musiqi sədaları altında iştirakçılara təqdim olundu. Məktəbin direktoru Leyla Fətiyeva mövzunun xüsusi aktuallıq kəsb etdiyini bildirərək, maraqlı faktlarla çıxış etdi. Tədbir iştirakçılarının maraqlı fikir və təklifləri ilə tədbir sona çatdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi