Sərhədsiz fəlakətlər-narkomaniyaya həsr olunmuş tədbir keçirildi

Bu gün məktəbimizdə əsrin bəlası-narkomaniyaya həsr olunmuş “Sərhədsiz fəlakətlər” adlı tədbir keçirildi. Tədbirdə müəllimlər və yuxarı sinif şagirdləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Leyla Fətiyeva açaraq şagirdlərə narkotik vasitələrdən asılılığın nə qədər təhlükəli olduğu haqqında məlumat verdi. Sonra məktəbin psixoloqu Arzu Məmmədova “Sərhədsiz fəlakətlər” adlı təqdimatla çıxış etdi. Narkomaniya və onun fəsadları haqqında ətraflı məlumat verən psixoloq bildirdi ki, “Narkomaniya gələcəyi olmayan həyat” deməkdir.  İnsanın mənəvi və fiziki çökməsinin başlanğıcı, bütövlükdə isə insan həyatının məhvidir. Sonra təşkilatçı müavin Rəvanə Məmmədova narkomaniyanın nə qədər böyük bir bəla olmasını şagirdlərə əyani faktlarla çatdırdı. Məktəbin psixoloqu Günel Mahmudzadə, UBTR Gülnar Kərimova, tibb bacısı Ramidə Həsənova narkomaniyanın, eləcə də zərərli vərdişlərin fəsadları haqqında şagirdlərə məlumat verdilər. Tədbir şagirdlər tərəfindən verilən sualların cavablandırılması və fikir mübadiləsi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi