3 il öncə noyabr ayında təqvimimizin "Şanlı tarix" silsiləsinə daha biri əlavə olundu: 8 Noyabr- Zəfər Günü. Tarixi qələbəmizin verdiyi qürur və sevinclə şagirdlərimizin ağ kağız üzərinə köçürdükləri hiss və həyəcanlarının rənglərlə ifadəsi məktəbimizin dəhlizlərini bəzədi.