İbtidai sinif şagirdlərinin Zəfər sevinci

Məktəbimizin ibtidai sinif şagirdləri Zəfər Gününün verdiyi sevinci, qüruru söylədikləri şeir kompozisiyalarında və ifadə etdikləri fikirlərində əks etdirdilər. Sinif müəllimləri şagirdlərə bu günün önəm və əhəmiyyəti barədə məlumatlar verdilər. Bildirdilər ki,sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi