“Dostluq” mövzusunda reproduktiv sağlamlığa həsr olunmuş məşğələ keçirildi

 Bu gün məktəbimizdə “Dostluq” mövzusunda reproduktiv sağlamlığa həsr olunmuş məşğələ həyata keçirildi. Məşğələdə VIII sinif şagirdləri iştirak edirdi. Məşğələni giriş sözü ilə məktəbin psixoloqu Arzu Məmmədova açaraq şagirdlərə reproduktiv sağlamlıq və dostluq haqqında ətraflı məlumat verdi. Məktəbin psixoloqu Günel Mahmudzadə şagirdlərlə mövzuya həsr olunmuş maraqlı metodikalar keçirdi. Dostluq mövzusuna həsr olunmuş məşğələ şagirdlərin dərin marağına səbəb oldu. Şagirdlərin hamısı məşğələdə fəal şəkildə iştirak etdilər. Onlar müzakirələr zamanı maraqlı fikirlər səsləndirdilər. Qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə məşğələ sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi