Qənaət tükənməz bir xəzinədir

2017-ci ilin yanvar ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində "Ekologiya və iqtisadiyyat" mövzusu üzrə araşdırma və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məktəbimizin şagirdləri də bu layihəyə qoşularaq, az məsrəf xərcləməklə ekoloji cəhətdən təmiz məhsul əldə etdilər. Şagirdlər ilk öncə 2 qrupa ayrıldılar: fermerlər və aqronomlar qrupu. Aqronomlar qrupu toxum almağa yollandı. Fermerlər isə kiçik quşçuluq təsərrüfatı yaratmağa çalışdılar. Onlar toyuqlara qulluq edərək, təzə yumurtaları topladılar. Bu arada aqronomlarımız səpdikləri toxumdan xeyli məhsul yığaraq, sevinclə məktəbimizin yeməkxanasına yollandılar və öz əllərinin zəhməti ilə əldə etdikləri ekoloji təmiz məhsullardan ləzzətli bir kükü hazırladılar. Layihə uğurla həyata keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi