“Mən və mənim əhatəm” reproduktiv sağlamlığa həsr olunmuş məşğələ keçirildi
Bu gün məktəbimizdə “Mən və mənim əhatəm” reproduktiv sağlamlığa həsr olunmuş məşğələ həyata keçirildi. Məşğələdə VIII sinif şagirdləri iştirak edirdi. Məşğələni giriş sözü ilə məktəbin psixoloqu Arzu Məmmədova açaraq şagirdlərə reproduktiv sağlamlıq haqqında ətraflı məlumat verdi. Məktəbin psixoloqu Günel Mahmudzadə şagirdlərlə mövzuya həsr olunmuş “Mən kiməm” , “Yeniyetmə və dostluq” adlı metodika keçirdi. Reproduktiv sağlamlığa həsr olunmuş məşğələ şagirdlərin dərin marağına səbəb oldu. Onların hamısı məşğələdə fəal şəkildə iştirak etdilər. Şagirdlər müzakirələr zamanı maraqlı fikirlər səsləndirdilər. Qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə məşğələ sona çatdı.