“Olimpiya Günü” tədbiri keçirildi

Məktəbimiz daha bir uğura imza atıb. Belə ki, 26.10.2023-cü il tarixdə Respublika Olimpiya Mərkəzində Beynəlxalq “Olimpiya Günü” tədbiri keçirilib.

Respublika Olimpiya Mərkəzində Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə Beynəlxalq “Olimpiya Günü”nə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, olimpiyaçılar, gənc idmançılar, federasiya və media nümayəndələri iştirak ediblər.

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) məktəblilərinin iştirakı ilə əyləncəli idman yarışı təşkil olunub. İki hissədən ibarət olan yarışlarda əvvəlcə paytaxtın 10 məktəbindən 200-dən artıq şagird və fiziki tərbiyə müəlliminin iştirakı ilə atletika növü üzrə mübarizəyə start verilib. Yarışların ikinci hissəsində isə dünya, Avropa çempionatlarının və AYOF-un qalib və mükafatçıları olan gənc cüdoçular məktəblilərlə birlikdə kəndirdartma və şən startlar yarışında iştirak ediblər.

Yekun nəticələrə əsasən, Yasamal rayonunu təmsil edən 18 saylı məktəbin komandası 30 xalla I yeri tutaraq kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Tədbirin sonunda xatirə şəkili çəkdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi