10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq günüdür

   Bu gün məktəbimizdə 10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin psixoloqu Arzu Məmmədova açaraq 10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq gününün tarixi, mahiyyəti haqqında müəllim və şagirdlərə ətraflı məlumat verdi. Bildirdi ki, insanın psixi sağlamlığı onun həyat keyfiyyətinə birbaşa təsir edir. Psixi pozuntular bir çox fizioloji xəstəliklərin yaranma səbəbidir. Bu pozuntular beynimizin kimyasının pozulması ilə başlayır. Arzu Məmmədova onu da qeyd etdi ki, fövqaladə hadisələr psixi pozuntuların yaranma riskini daha da artırır. Psixoloqun mövzuya həsr olunmuş geniş izahından sonra  məktəbin 8d sinif şagirdləri Elay İsmayılzadə və Tofiq Bağırzadənin iştirakı ilə “Ünsiyyət psixi sağlamlığın əsasıdır” mövzusunda maraqlı təqdimat nümayiş etdirildi. Mövzu ilə bağlı maraqlı psixoloji texnikanın tətbiqi zamanı müəllim və şagirdlərin maraqlı fikirləri dinlənildi, müzakirələr aparıldı. Direktor müavini Rəvanə Məmmədova, UBTR Gülnar Kərimova, psixoloq Günel Mahmudzadə, müəllimlər Nailə Musayeva, Mehriban Əzimova maraqlı fikirlər səsləndirdilər. Tədbir məktəbin direktoru Leyla Fətiyevanın məzmunlu çıxışı və tövsiyələri ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi