Düşüncəmizin memarları

Müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli və gözəl peşədir. Bu gün 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü, həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların, istedadlı gənclərin bu peşəyə cəlb olunmasına, bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır. Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir və ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır.

Bu gün münasibətilə məktəbimizin radio qovşağında təbriklər səsləndirildi. Məktəbimizin Uşaq Birliyi Təşkilatı rəhbəri Gülnar Kərimova bütün müəllim kollektivini təbrik edərək bildirdi ki, qalib vətənin qalib vətəndaşlarını yetişdirən məhz müəllimlərdir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi