Məktəbəqədər hazırlıq qruplarının açılışı

Bu gün respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi 18 nömrəli tam orta məktəbdə də 5 yaşlıların məktəbəqədərki hazırlığına start verildi. Balacaları xüsusi sevgi və qayğı ilə qarşılayan məktəb rəhbərliyi 5 yaşlıların valideynlərini təbrik edərək, əmanət etdikləri övladlarının şəhərin ən qabaqcıl məktəbləri sırasında olan Müşfiq məktəbində təhsil aldıqları üçün daim fəxr edəcəklərini bildirdi. Məktəbin direktoru Leyla Fətiyeva çıxışında bütün balacalara məktəb həyatının ilk pilləsinə atdıqları bu addımda müvəffəqiyyətlər dilədi, onlara cəmiyyətə, Vətənə, xalqa layiqli vətəndaşlar olmağı arzuladı. Daha sonra 5 yaşlılar öz sinif müəllimləri ilə ilk dəfə sinif otaqlarına daxil oldular.
Biz də öz növbəmizdə, kiçik şagirdlərimizi təbrik edirik, onlara zehin açıqlığı və uğurlar arzu edirik.