1-ci sinif şagirdlərinin məktəbə adaptasiyası ilə bağlı psixoloji testlər keçirildi
Bu gün məktəbimizin psixoloqu Günel Mahmudzadə I sinifə qəbul olunan şagirdlərin məktəb üçün lazım olan funksiyalarının (nitq, əqli inkişaf, dərs tapşırığını yerinə yetirmək bacarığı, təsviri fəaliyyət vərdişlərinin nə dərəcədə formalaşması) nə dərəcədə inkişaf etməsini müəyyən etmək üçün “Kern-Yirasik” testi keçirmişdir. Bu test həmçinin barmaq əzələlərinin inkişafı və incə əl hərəkəti koordinasiyasının ifadəsi haqqında da təsəvvür yaratmasına imkan verir. Psixoloq eyni zamanda şagirdlərin sağ-sol beyin yarımkürələrin inkişafına aid məşqli testlər də etmişdir. Sağ və sol beynin eyni anda aktivliyini təmin etmək şagirdlərin diqqətli və səmərəli fəaliyyəti üçün əsasdır.