Mütaliə vərdişlərinin təkmilləşdirilməsi

Azərbaycan Respublikası təhsil nazirinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” əmri istiqamətində məktəbimizdə yanvar ayı boyunca silsilə tədbirlər keçirildi. Yanvarın 18-də məktəbimizin 9-cu sinif şagirdləri çağdaş dünyamızın ən məşhur yazıçılarından biri olan Paulo Koelhonun “ Kimyagər” əsərini müzakirə etdilər. Şagirdlər əsərdəki hadisələri və surətləri hərtərəfli təhlil etdilər. İnsanın öz arzusuna çatması üçün yolun axırına qədər getməyin nə qədər əhəmiyyətli olduğundan bəhs etdilər. Müzakirələr zamanı Paulo Koelhonun həyat və yaradıcılığı, əsərin dili və yazı üslubu, “Kimyagər” obrazının fəlsəfi aləmi işiqlandırıldı. Yanvarın 23-də Gi de Mopassanın “Boyunbağı” əsərinin müzakirəsi keçirildi. Müzakirə debat formasında aparıldı. Şagirdlər Mopassanın həyat və yaradıcılığı haqqında kiçik anons təqdim etdikdən sonra qruplara bölünərək müzakirələrə başladılar. Onlar Matilda obrazını, onun öz şöhrətpərəstliyinin qurbanı olduğunu, əlində olan dəyərləri lazımınca qiymətləndirə bilmədiyini təhlil etdilər. Bu müzakirələr şagirdlərin dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, onlarda obrazlı və məntiqi təfəkkürün inkişaf etməsində, öz rəy və mülahizələrini ifadə etmək bacarıqlarının formalaşmasında böyük rol oynadı. ARDI VAR...
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi