4 “ə” sinfində «Склонение имен прилагательных» mövzusunda açıq dərs keçirildi
Yanvarın 18-də 4 “ə” sinfində «Склонение имен прилагательных» mövzusunda açıq dərs keçirildi. Dərs maraqlı bir motivasiya ilə başladı. Şagirdlərdən biri “İsim” rolunda sinfə daxil oldu və yanındakı dostunu şagirdlərə təqdim etdi: “Bu, mənim ən yaxın dostum Sifətdir. O, hər bir halda mənimlə asanlıqla uyğunlaşır. Gəlin bu uyğunluğu izləyək”. Daha sonra dərs mərhələlərlə davam etdirildi. Sinif qruplara bölündü və hər bir qrupa ismin hallarına uyğun adlar verildi. Qruplar tədqiqat sualına uyğun tapşırıqları yerinə yetirərək, maraqlı təqdimatlar hazırladılar. Sonda komandalar qiymətləndirildi və mükafatlandırıldı.