Şən startlar

1 İyun  bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Tarixə nəzər salsaq, 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun 1-ni uşaqların  müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Bu gün, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir.  Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Bu gün münasibətilə Gənclər və İdman Nazirliyi 7 yaşlı məktəblilər arasında "Şən startlar" idman yarişi təşkil etdi. Bakı şəhərinin bütün rayonlarının iştirak etdiyi yarışda Yasamal rayonunu məhz 18 nömrəli tam orta məktəbin şagirdləri "Sülh quşu" komandası ilə təmsil etdilər. Məktəbimizin şagirdləri yarımfinala qədər gələrək maraqlı və şən keçən yarışı 4-cülüklə tamamladılar. Müxtəlif hədiyyələrlə mükafatlandırılan 7 yaşlılarımız üçün bu gün çox yadda qalan oldu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi