STEAM layihəsi çərçivəsində keçirilən təlimdə şagirdlərimiz təltif edildi
Bu gün məktəbimizin VII-VIII siniflərinin şagirdlərindən ibarət olan 10 nəfərlik komandamızla 189-190 nömrəli tam orta məktəbin STEAM layihəsi çərçivəsində sonuncu görüşü oldu. Görüş 189-190 nömrəli tam orta məktəbin Akt zalında baş tutdu. Bir necə həftə davam edən təlimdə STEAM çərçivəsində maraqlı məlumatlar öyrənildi, yarışlar keçirildi, şagirdlərimiz praktiki olaraq öyrənilənlərin tətbiqi ilə su, külək və günəş enerjisi ilə işləyən qurğuların düzəldilməsində iştirak etdilər. Təlimi başa vurmuş şagirdləri setrifikatlarla təltif edən 189-190 nömrəli məktəbin direktoru Fayaz Hüseynov bildirdi ki, hər gün yenilənməkdə olan dünyanın yaşam standartlarını asanlaşdırmaq üçün bu qəbildən olan layihələrin daha çox həyata keçirilməsi arzuolunandır.
Məktəbimizin Uşaq Birliyi Təşkilatı rəhbəri Gülnar Kərimova da çıxış edərək layihənin təşəbbüsündə iştirak edən, ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkildi.