"Mən fəxr edirəm ki, azərbaycanlıyam!" inşa müsabiqəsi keçirildi

"Heydər Əliyev ili" və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə V-VII sinif rus bölməsi üzrə təhsil alan şagirdlər arasında "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Şagirdlərimizin də iştirak etdiyi bu müsabiqəyə məktəbimiz ev sahibliyi edirdi.