Uşaqları sonsuz məhəbbətlə sevən lider

Ümummilli liderin anadan olması münasibətilə məktəbimizin hər bir sinfində müxtəlif səpkidə tədbirlər keçirildi. bu qəbildən olan tədbirlərdən biri də  4b sinfində olan açıq dərs idi. Sinif müəllimi şagirdlərə Heydər Əliyevin həyat və yaradıcılığından söhbət açaraq bildirdi ki, bu gün uşaqlarımızın necə tərbiyə almalarından, hansı ideyalara meyillənmələrindən ölkəmizin gələcəyi çox asılıdır. Ona görə də uşaqlara xüsusi diqqət və qayğı hər zaman göstərilməlidir. Əminliklə demək olar ki, bu gün Azərbaycanda uşaqların problemləri dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır, onların həllinə ciddi nəzarət olunur. Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi