Heydər Əliyev - uşaqların ən böyük himayədarı

Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə məktəbimizin 5 yaşlıları da kiçik tədbirlə çıxış etdilər. Onlar Ulu öndərə həsr edilmiş şeirlər söylədilər, mahnılar oxudular. Sinif müəllimi Təhminə Ağayeva şagirdlərə dahi şəxsiyyət barədə məlumatlar verərək bildirdi ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş şəxsiyyətləri olan xalq xoşbəxtdir. Azərbaycanın böyük oğlu, müdrik siyasətçi, dövlət başçısı və dövlət xadimi, böyük ürək və zəka sahibi olan Heydər Əliyev də məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladıdır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin inkişafı naminə böyük işlər görmüş Ulu Öndər hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.