"Heydər Əliyevi unutmadıq və gələcək nəsillərə də unutdurmayacağıq!"

    2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalamışdır. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir.

"Heydər Əliyev ili" çərçivəsində məktəbimizin 3e sinif şagirdləri Şirinova Elmina, Bəşir Fuad, Məmmədov Urxan sinif müəllimləri İlhamə Ələkbərovanın təşəbbüsü ilə ulu öndərin adını daşıyan məkan və abidələri ziyarət etdilər. Belə ki, ilk öncə onlar Ulu Öndərin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana getdilər. Daha sonra Heydər Əliyev adına Hava Limanına, Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən Heydər Əliyev Mərkəzinə də yollandılar. Getdikləri yerlər barədə sinif yoldaşlarına ətraflı məlumatlar verən şagirdlərimiz bu ziyarətin öyrədici əhəmiyyətindən də bəhs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi