"Tarix yazan şəxsiyyət" adlı tədbir keçirildi

Bu gün Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlərin sonu olaraq "Tarix yazan şəxsiyyət" adlı ədəbi tədbir keçirildi. Məktəbin Akt zalında baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Şagirdlərin ulu öndər haqda olan söylədikləri şeirlər zalda izləyici qismində iştirak edən məktəb kollektivi tərəfindən xüsusi rəğbətlə qarşılandı. Daha sonra ibtidai sinif şagirdlərinin və məktəbin xor dərnəyinin ifasında mahnılar səsləndi, şagirdlər tərəfindən hazırlanmış rəqs kompazisiyası qonaqlara təqdim olundu. Məktəbin direktoru Rəşad Alcanov öz çıxışında şagirdlərə və tədbirin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürünü bildirərək əlavə etdi ki, Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi