Heydər Əliyev və müasir Azərbaycan

Bu gün məktəbimizin 3ç sinfində Ulu öndər, dahi şəxsiyyət, əvəzolunmaz siyasətçi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş açıq dərs keçirildi. Dərsdə sinif müəllimi Azadə Ağayeva şagirdləri dörd komandaya bölərək ("Əlincə qalası", "Qız qalası", "Alov qüllələri", "İçərişəhər") onlara müəyyən tapşırıqlar verdi. Şagirdlər də öz növbələrində verilən tapşırıq əsasında ümummilli liderin söylədiyi aforizmlərlə bağlı araşdırmalar apararaq təqdimatlar ilə çıxış etdilər. Daha sonra Azadə Ağayeva şagirdlərə ulu öndərin yaradıcılığı və siyasi irsinin davamçısı haqda məlumatlar verdi. O bildirdi ki, prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir, Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi