Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir

Məktəbimizin 3a sinfi də H. Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərə qoşuldu. Belə ki, sinif müəllimi Mehriban Qocayeva şagirdlərə dahi şəxsiyyət barədə bir sıra məlumatlar verdi. O bildirdi ki, milli iftixarımız, Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev dövrümüzün siyasi nəhənglərindən biri kimi müasir dünya tarixində əbədiyaşarlıq haqqı qazanmışdır. Azərbaycanlılar üçün o müasir Azərbaycan dövlətinin qurucusu, xalqın ən böyük təəssübkeşi və öndəridir. Qüdrətli şəxsiyyəti ilə seçilən qeyri adi siyasi istedada malik ulu öndəri xalqına bağlayan tellər polad kimi möhkəm idi. H.Əliyev öz əməlləri, öz fəaliyyəti ilə tarix yaradan nadir şəxsiyyətlərdəndir. H.Əliyevin özü haqqında söylədiyi bir fikir onun şəxsiyyətinin parlaqlığına ən gözəl nümunədir: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günündə dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də qeyri təvazökar səslənsə də, deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma canım, varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır. Bütün şüurlu ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi