STEAM layihəsi çərçivəsində təlim xarakterli III görüş
03.05.2023-cü il tarixdə məktəbimizin VII-VIII siniflərinin şagirdlərindən ibarət olan 5 nəfərlik komandamızla 189-190 nömrəli tam orta məktəbin bir daha qonağı olduq. İştirak etdiyimiz təlim xarakterli üçüncü görüşdə digər məktəblərin komandaları da iştirak edirdi. Təlimdə STEAM çərçivəsində maraqlı məlumatlar öyrənildi, yarışlar keçirildi, praktiki olaraq öyrənilənlərin tətbiqi ilə külək enerjisi ilə işləyən qurğuların düzəldilməsində iştirak edən şagirdlərimizə sonda məktəb tərəfindən xatirə olaraq "Dəmir yumruq" heykəlciyi hədiyyə edildi.