Bir damcı...

Ölkə əhalisinin diqqətini sudan səmərəli istifadə vərdişlərinə yönəldən “Bir 
damcı” kampaniyasına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər 
Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar 
Cəmiyyəti və IDEA İctimai Birliyi tərəfindən start verilib. Azərbaycan 
Respublikası Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf 
Mərkəzinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində fəaliyyət göstərən 
ekoklublarda bu məqsədlə silsilə maarifləndirmə tədbirləri keçirilib. Bakı şəhəri 
M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Ekokerudit” 
ekoklub üzvlərinin, 6-7-ci sinif şagirdlərinin və qonaqların iştirakı ilə dəyirmi masa 
təşkil olunub. Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər 
Nazirliyi və IDEA İctimai Birliyinin nümayəndələri sudan qənaətlə istifadənin 
vacibliyi barədə geniş təqdimatla çıxış ediblər. Təqdimat zamanı şagirdlər 
kampaniyanın məqsədi, sudan səmərəli istifadənin vacibliyi, gündəlik həyatda 
qənaət yolları, gələcəkdə bizi gözləyə biləcək təhlükələr barədə məlumatlandırılıb. 
Şagirdlər sual-cavabda fəal iştirak edərək, məktəbdə və evdə suya qənaət etmək 
üçün müxtəlif təkliflərlə çıxış ediblər. Məktəblilərə sudan düzgün istifadənin 
əhəmiyyəti barədə biliklər toplusu olan “Bir Damcı” kitabı və müxtəlif hədiyyələr 
təqdim edilib. “Bir damcı” kampaniyası barədə ətraflı məlumatı birdamci.az veb-
saytından, Facebook və Instagram səhifələrindən əldə etmək mümkündür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi