"Heydər Əliyevlə başlanan zəfər yolu" mövzusunda açıq dərs keçirildi

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam etməkdədir. Belə ki, bu gün məktəbimizin tarix müəlliməsi Nailə Musayeva XI sinif şagirdlərinin iştirakı ilə Yasamal rayonu İcra Hakimiyyətinin nəzdində yerləşən Heydər Əliyev Muzeyində açıq dərslə çıxış etdi. "Heydər Əliyevlə başlanan zəfər yolu" mövzusunda çıxış edən N. Musayeva ümummilli liderin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən, xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılmasından söhbət açdı. Vətən Müharibəsində qazandığımız zəfərin məhz H. Əliyev siyasətinin təntənəsi olduğunu vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi