Sizin qalibiyyətiniz bizim uğurumuzdur

Məktəbimizin VIII sinif şagirdi Nəsrullayev Nəcəf Əşrəf oğlu öz uğurları ilə bizləri qürurlandırmaqda davam edir. Belə ki, o, 17-18 aprel 2023-cü il tarixlərində U-18 Yeniyetmə oğlanlar arasında keçirilən ACF kubokunda cüdo idman növü üzrə 50 kg. çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək 1-ci yerə layiq görülmüş,çempion olmuşdur. Əldə etdiyi bu nailiyyəti sayəsində o, qarşıdan gələn "Goygol European Cup"-na lisenziya qazanmışdır. Biz də öz növbəmizdə şagirdimizi təbrik edir və uğurlarının davamını diləyirik.