İmtahan - uğurlu gələcəyə aparan yol!

Bu gün məktəbimizdə 16.04.2023-cü il tarixdə keçiriləcək buraxılış imtahanı ilə bağlı “İmtahan-uğurlu gələcəyə aparan yol !” imtahan həyəcanı və onun  aradan qaldırılması yollarına həsr olunmuş tədbir keçirildi. Tədbir  IX sinif şagirdləri üçün təşkil olunmuşdu. Tədbiri  giriş sözü ilə direktor səlahiyyətlərini müvəqqəti icra edən Rəşad Alcanov açaraq şagirdlərə tövsiyələr verdi, imtahanda uğurlar arzuladı. Direktor müavini Bəsti Ağayeva da IX sinif şagirdləri üçün faydalı məsləhətlər verərək onlara müvəffəqiyyət arzuladı. Sonra məktəbin psixoloqu Arzu Məmmədova imtahan həyəcanı və onun aradan qaldırılması ilə bağlı ətraflı məlumat verdi. İmtahanda həyəcanı aradan qaldırmaq üçün çoxsaylı psixoloji texnikalar şagirdlərə təqdim olundu. Şagirdləri maraqlandıran sualların cavablandırılması və fikir mübadiləsi ilə tədbir yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi