“Təbiətin harayı” ekoloji səhnəcik

Müasir dövrdə ətraf mühitin plastik tullantılarla cirkləndirilməsi problemi dünya 
ölkələrinin diqqət mərkəzindədir. İnsanın yaratdığı plastik qablar və sellofan paketlər 
torpağı, suyu çirkləndirir, bitki və heyvan növlərinin həyatı üçün təhlükə yaradır. Plastik 
tullantılardan okeanlarda yaranmış 5 süni ada problemin qlobal miqyasda həllinin 
vacibliyini göstərir. Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə fəaliiyyət 
göstərən “Ekoerudit” ekoklubun üzvlərinin təqdim etdikləri “Təbiətin harayı” adlı ekoloji 
səhnəcikdə mühitin çirkləndirilməsi və insanın  təbiətə məsuliyyətli münasibətindən 
bəhs edilir. 
“Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində məktəbin 7-ci sinif 
şagirdlərinin iştirakı ilə ifa olunan səhnəcikdə təbiətdə 200-400 il cürüməyən, 
yandırılarkən diqoksin adlı kanserogen maddə yaradan plastik məhsulların həm 
insanlar, həm də bütün canlılar üçün  nə qədər təhlükəli olduğu qeyd olundu. Gənc 
ekoloqlar təbiəti təmsil edən palıd ağacı, dövşan, tülpan, balıq və digər canlıların “ekoloji 
məhkəməyə” müraciətini alleqorik şəkildə ifa edərək məktəblilərin diqqətini plastik 
tullantıların azaldılmasının vacibliyinə yönəltdilər. “Ekoloji məhkəmə”nin sonunda 
dünyaya hökmranlıq etmək iddiasında olan “Plastik kraliçaya” qalib gəlmək üçün ekoloji 
təbliğatın gücləndirilməsi, sağlam həyat naminə ətraf mühitin qorunması üşün hər  kəsin 
plastiksiz həyata üstünlük verməsi təklif edildi.Tədbirdə iştirak edən məktəbin Tərbiyə 
işləri üzrə direktor müavini Rəvanə Məmmədova, kitabxana müdiri Pakizə Quliyeva və 
ekoklubun rəhbəri, Elm və Təhsil Nazirliyi “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi” 
Publik Hüquqi Şəxsin direktor müavini, b.ü.f.d. Lalə Dadaşova tullantıların azaldılması 
barədə 6-cı sinif şagirdlərinin maraqlı təkliflərini dinləyərək onları maraqlandıran suallara 
cavab verdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi