Hər biriniz bir çiçəksiniz!

3e sinfində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Hər biriniz bir çiçəksiniz!" adlı tədbir keçirildi. Tədbirdə müəllimlərin, anaların şərəfinə ithaf olunan şeirlər yer almışdı. Şagirdlərimiz bu günü bəşəriyyətin zərif məxluqları üçün yaddaqalan edə bildilər.
İfa etdikləri musiqi nömrələri və rəqslər bu günə xüsusi rəng qatdı. Sizlər hər biriniz bizim üçün bir çiçəksiniz, əziz xanımlarımız!